19 
Apr
2024
21:52
127
14
1066
Virtual karabakh

Manenin dublu “Ən-Nəsr”ə qələbə qazandırdı - VİDEO

19 Apr, 2024
21:52
1066

Manenin dublu “Ən-Nəsr”ə qələbə qazandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı çempionatının 28-ci turunda “Ən-Nəsr” doğma meydanda “Əl-Feyha”nı məğlub edib - 3:1.

Oxu.Az xəbər verir ki, meydan sahiblərinin heyətində Sadio Mane dubl edib. Seneqallı 76 və 82-ci dəqiqələrdə fərqlənib.

“Liverpul”un keçmiş futbolçusu het-trik edə bilərdi, lakin ilk hissədə penaltini dəqiq yerinə yetirə bilməyib. Daha bir qolu isə Abdulela Əl-Əmri vurub (72-ci dəqiqə).

Qonaqların yeganə qolunun müəllifi 6-cı dəqiqədə Feşn Sakala olub. O, matçın 88-ci dəqiqəsində qırmızı vərəqə alıb.

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu matçı buraxıb.

Beləliklə də, “Ən-Nəsr” 68 xalla Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”dan 9 xal geri qalaraq ikinci yeri tutmaqda davam edir.

“Əl-Feyha” isə 35 xalla turnir cədvəlində 11-cidir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri