20 
Apr
2024
21:26
159
42
3217
Virtual karabakh

“Qarabağ” “Qəbələ”yə qalib gələ bilmədi, “Zirə” 10 nəfərlə “Neftçi”ni məğlub etdi - YENİLƏNİB + VİDEO

20 Apr, 2024
21:26
3217

“Qarabağ” “Qəbələ”yə qalib gələ bilmədi, “Zirə” 10 nəfərlə “Neftçi”ni məğlub etdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Zirə” “Neftçi”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. “Ağ-qaralar”da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Bundan əlavə, qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Neftçi” isə dördüncü sıraya enib.

Qeyd edək ki, günün ilk matçında “Qarabağ” “Qəbələ” ilə heç-heçə edib - 2:2. Ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

18:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb - 2:2. Qonaqlarda 19-cu dəqiqədə Bilel Auaşeriya fərqlənib. “Köhlən atlar”da 66-cı dəqiqədə Yassin Benzia, 71-ci dəqiqədə Abdullah Zubir rəqibi məyus edib. 85-ci dəqiqədə “Qəbələ”dən Yaovi Akakpo görüşdə son nöqtəni qoyub.

Çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” xallarının sayını 73-ə çatdırıb. Sonuncu-onuncu sıradakı “qırmızı-qaralar”ın 17 xalı var.

Qeyd edək ki, günün ikinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

09:41

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Köhlən atlar”ın 72 xalı var, “qırmızı-qaralar” 16 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıblar.

Günün ikinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, “ağ-qaralar” 47 xalla üçüncü sıradadır.

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” - “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Asif Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” - “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri