22 
Apr
2024
23:20
13
151
1874
yuxarı
Kolumbiyada matç zamanı tribunadan futbolçuya bıçaq atıldı - VİDEO
22 Apr, 2024
23:20
1874
13
151
Kolumbiyada matç zamanı tribunadan futbolçuya bıçaq atıldı - VİDEO
Kolumbiya çempionatının 18-ci turunda naməlum şəxs “Atletiko Nasional”ın futbolçusu Pablo Seppeliniyə tribunadan bıçaq atıb.
Medellindəki görüş 2:2 hesabı ilə başa çatıb.
İnsident ikinci hissənin əsas vaxtında Seppelini küncdən zərbə vurmaq üçün getdiyi zaman baş verib. Zərbə yerinə yetirilməzdən əvvəl naməlum şəxs tribunadan bıçaq atıb və o, köməkçi hakimin yanına uçaraq futbolçunun başına dəyib.
Pablo başını tutaraq meydançaya yıxılıb və hakim oyunun dayandırılmasına qərar verib. Zərərçəkənə yardım göstərildikdən sonra və futbolçuların razılığı ilə matç başa çatdırılıb.
Futbolçunun özü matçdan sonra bildirib ki, başında yüngül qanaxma olub, şiş əmələ gəlib, lakin zədəyə görə tikiş tələb olunmayıb.
Mənbə: RİA Novosti
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək