23 
Apr
2024
20:36
97
10
729
Virtual karabakh

“Azərreyl”in baş məşqçisi: “Qazandığımız çempionluq kubokunu bütün dünya uşaqlarına həsr edirik”

23 Apr, 2024
20:36
729

“Azərreyl”in baş məşqçisi: “Qazandığımız çempionluq kubokunu bütün dünya uşaqlarına həsr edirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qazandığımız çempionluq kubokunu bütün dünya uşaqlarına həsr edirik”.

“Report”un məlumatına görə, bunu qadın voleybolçulardan ibarət “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme “Abşeron”a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan çempionatının final oyunundan sonra deyib.

Türkiyəli mütəxəssis qalib gəlməyin gözəl hiss olduğunu bildirib: “Qələbə qazanmaqdan başqa, əsas məqsədimiz yaxşı oyun göstərmək idi. Şükürlər olsun ki, hər ikisi bizdə alındı. Bu gün Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur. Bu çempionluq da bizdən hər kəsə ərməğan olsun”.

C.Akarçeşme “Azərreyl”in hədəflərinin hər zaman yüksək olduğunu söyləyib: “Komandamız yalnız birinci pillə uğrunda mübarizə aparır. Hədəflərimiz böyükdür. Avrokuboklarda da uğurlu nəticələr qazanmaq istəyirik”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri