27 
Apr
2024
17:42
58
22
1595
yuxarı
Premyer Liqa: “Liverpul”a çempionluq yolunda daha bir zərbə - VİDEO
27 Apr, 2024
17:42
1595
58
22
Premyer Liqa: “Liverpul”a çempionluq yolunda daha bir zərbə - VİDEO
İngiltərə Premyer Liqasının 35-ci turunda “Vest Hem” doğma meydanda “Liverpul”u qəbul edib.
Oxu.Az xəbər verir ki, çempionluq yarışında olan “Liverpul” növbəti dəfə xal itkisinə məruz qalıb.
Qarşılaşmada hesabı 43-cü dəqiqədə J.Bouen açıb. 48-ci dəqiqədə A.Robertson hesaba tarazlıq gətirib. 65-ci dəqiqədə A.Areolanın öz qapısına vurduğu qol qonaqları hesabda önə çıxarıb. Oyunda son nöqtəni 77-ci dəqiqədə M.Antonio qoyub. 2:2 hesablı heç-heçə hər iki komandanın turnir cədvəlindəki mövqeyinə təsirsiz olub. 49 xala sahib “Vest Hem” əvvəlki kimi 8-ci, 75 xallı “Liverpul” isə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Liverpul” Premyer Liqanın 34-cü turunda səfərdə “Everton”a uduzmuşdu.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
10 
May
2024
14:30
Hakimə oyunda kənar əşya atıldı: AFFA İntizam Komitəsi klubu cəzalandırdı - VİDEO
11
36
535
10 
May
2024
12:34
Rafiq Hüseynov: “Arxamca danışıb məni qoca adlandıranlara təşəkkür edirəm” - FOTO
131
2
1195
10 
May
2024
01:36
UEFA Konfrans Liqası: Finala yüksələn növbəti komanda “Olimpiakos” oldu - VİDEO
28
50
2467