27 
Apr
2024
21:00
68
10
900
Virtual karabakh

Premyer Liqa: “Sabah” doğma meydanda “Səbail”ə qalib gəlib - VİDEO

27 Apr, 2024
21:00
900

Premyer Liqa: “Sabah” doğma meydanda “Səbail”ə qalib gəlib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tur start götürüb.

Oxu.Az xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar - “Sabah” və “Səbail” kollektivlərinin duelində birincilər qələbə qazanıb - 2:0.

“Bank Respublika Arena”da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.

Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. “Dənizçilər” isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri