22 
Avq
2015
17:02
85
38
1667
Virtual karabakh

Azərbaycanlı avarçəkənlər Yay Olimpiya Oyunlarına 2 lisenziya qazandılar

Valentin Demyanenko və Osipenko-Rodomska.

Milanda keçirilən kayak və kanoe üzrə dünya çempionatında azərbaycanlı idmançılar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Oxu.Az xəbər verir ki, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska 5-ci yeri tutub. Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk “7-liy”ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən, onların arasında İnna Osipenko-Rodomska da yer alıb. 

Daha bi rlisenziyanı isə kanoeçi Valentin Demyanenko qazanıb. 32 yaşlı idmançı ilk “7-liy”ə düşməklə bu uğura imza atıb. 

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri