28 
Avq
2015
21:13
40
116
9369
Virtual karabakh

Mxitaryan Azərbaycanda “Qəbələ”yə qarşı oynamaya bilər

28 Avq, 2015
21:13
9369

Mxitaryan Azərbaycanda “Qəbələ”yə qarşı oynamaya bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Henrix bizim üçün çox mühüm oyunçudur”.

“Borussiya” iki matçın nəticəsinə görə“Odd Qrenland"ı üstələyərək, Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 

Püşkatmanın nəticələrinə görə, dortmundluların rəqiblərindən biri Azərbaycanın “Qəbələ” klubudur. Və bu, “Borussiya”nın ulduz oyunçusu Mxitaryan üçün böyük problemdir.
 
Dağlıq Qarabağda 1991-1994-cü illərdə baş vermiş münaqişə səbəbindən Azərbaycan və Ermənistan arasında münasibətlər çox gərgindir və erməni vətəndaşları Azərbaycan vizalarını ala bilmirlər. Buna görə də, Mxitaryan çətin ki, komanda ilə birgə Qəbələyə gəlsin, alman Sport1.de yazır.
 
“Ümid edirik ki, bu, yalan xəbərdir. Hazırda Henrix bizim üçün çox mühüm oyunçudur, son bir neçə həftə ərzində gözəl oyun nümayiş etdirir”, - deyə, “Borussiya”nın mətbuat xidmətinin rəhbəri Saşa Fligge yaranmış vəziyyöəti Sport1.de üçün şərh edib.
 
Öz növbəsində UEFA-nın rəhbəri Mişel Platini bu məsələni belə şərh edib:
 
“Biz ümid edirik ki, istənilən futbolçu vətəndaşlığından və səfər üçün viza və icazə almaq zərurətindən asılı olmayaraq, turnirlərimizdə iştirak edə biləcək. Bunun belə olması üçün əlimizdən gələni edəcəyik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri