Sen
2015
09:21
150
7
4360
Virtual karabakh

Elvin Mürsəliyev Rio Olimpiadasına vəsiqə qazandı

8 Sen, 2015
09:21
4360

Elvin Mürsəliyev Rio Olimpiadasına vəsiqə qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Las Veqasda dünya çempionatı keçirilir.

Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçirilir.

Oxu.Az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. 

Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
 
İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. 75 kq-da mübarizə aparan Elvin Mürsəliyev ilk olaraq Meksikadan Juan Angel Escobar, ardınca, Slovakiyadan Jure Kuhar, Rumıniyadan İlie Cojocari üzərində qələbə qazanıb. 

1/4 finalda güləşçimiz Qırğızıstandan Atabek Azizbekov üzərində inamlı qələbə qazanmaqla yarımfinala yüksəlib. Bu qələbə həm də ölkəmizə 75 kq çəki dərəcəsində Olimpiya lisenziyası qazandırıb. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Son rəqib Qazaxstanlı Dostjan Kartikov olacaq. 
 
Qeyd edək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri