18 
Sen
2015
22:19
145
28
14531
Virtual karabakh

Bakıda qəzaya düşən avstriyalı qızdan xəbər var

18 Sen, 2015
22:19
14531

Bakıda qəzaya düşən avstriyalı qızdan xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahinoviç reabilitasiya prosesi keçəcək.

Avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç tezliklə müalicə olunduğu xəstəxananı tərk edəcək.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Avstriya Milli Olimpiya Komitəsindən verilən məlumata əsasən, Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı atlet bu ayın sonunadək xəstəxanadan buraxılacaq, reabilitasiya kursuna başlayacaq.

Avstriya Milli Olimpiya Komitəsinin baş katibi Peter Mennel bildirib ki, Aşağı Avstriyada yerləşən reabilitasiya mərkəzlərindən birində V. Sahinoviç ən optimal şərtlər altında müalicəsini davam etdirəcək və reabilitasiya prosesi keçəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri