13 
İyl
2016
22:30
164
15
27611
Virtual karabakh

Avropanın ən ucuz şəhərləri: Gecəsi 4 avro – SİYAHI

13 İyl, 2016
22:30
27611

Avropanın ən ucuz şəhərləri: Gecəsi 4 avro – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Budapeştdə ən ucuz nahar 5 avrodur.

Avropaya səyahət o qədər də baha deyil. Hər halda, axtaranlar ucuz qiymətlərə gecələmək üçün normal şəraitli yer tapa bilərlər. Sadəcə səyahətə çıxmazdan əvvəl turizm saytlarında axtarış aparmaq lazımdır. 

Oxu.Az Səyyah.az-a istinadən Avropanın müxtəlif şəhərlərində gecələmək üçün ən ucuz variantları təqdim edir. 

Bu şəhərlər sizi qane etməsə, turizm saytlarında sizi maraqlandıran yerlər üzrə axtarış edib, daha sərfəli variantlar tapa bilərsiniz. 
 
1. Macarıstan

Budapeştdə ən ucuz nahar 5 avrodur. Orta səviyyəli restoranlarda isə iki nəfərlik (salat, şorba, qaynar yeməklər) yeməyin məbləği 29 avroya bərabərdir.

Hosteldə qiymət – 8 avro
 
İki nəfərlik hotel otağının gecəsi – 10 avro

2. Rumıniya

Ucuz kafelərdə və fastfudlarda 4,5 avroya yemək yeyə bilərsiniz. Axşam naharının qiyməti isə elit restoranlarda 11-14 avro arası dəyişə bilər.

Hosteldə qiymət – 5,94 avro
 
İki nəfərlik hotel otağının gecəsi – 15 avro

3. Serbiya
 
Paytaxt Belqradda elit restoranda naharın qiyməti 9 avrodur.

İki nəfərlik hotel otağının gecəsi – 32-41 avro arası dəyişir.
 
Hotellər sizin üçün bahalı olsa, Hostels.com saytından 3,98 avroya hostellər tapa bilərsiniz.

4. Çernoqoriya və yaxud Monteneqro

Paytaxt Podqoritsada ucuz restoranda naharın qiymət 5 avrodur. Orta səviyyəli restoranda (salat, şorba, qazan yeməkləri) isə qiymət 25 avro təşkil edir.

Hosteldə qiymət – 7,30 avro
 
İki nəfərlik hotel otağının gecəsi – 16 avro

5. Bolqarıstan
 
Paytaxt Sofiyada ən ucuz naharın qiyməti 4,09 avrodur.  Orta səviyyəli restoranda isə bu qiymət 20,45 avroya qədər yüksəlir.
 
Hosteldə qiymət – 4,89 avro
 
İki nəfərlik hotel otağının gecəsi – 15 avro

Qeyd: Çalışın gedəcəyiniz yerlərdə qalmaq istədiyiniz hotel-hostelləri (həmçinin təyyarə biletini) öncədən sifariş edin. 
 
Hostellər üçün hostels.com və hostelworld.com
 
Hotellər üçün booking.com, tripadvisor.com, trivago.com

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri