23 
Avq
2016
15:17
203
68
3988
Virtual karabakh

Azərbaycana daha otuz min turist gələ bilər

23 Avq, 2016
15:17
3988

Azərbaycana daha otuz min turist gələ bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yay tətili ərzində və Qurban bayramı dövründə Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi gözlənilir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Arabian Gazette” nəşrinə açıqlamasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin BƏƏ-dəki nümayəndəsi Raşil əl-Nuri bildirib.

O, Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayında artım olmasının Prezident İlham Əliyevin bu regiondan gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı strateji qərarının nəticəsi olduğunu qeyd edib.

“Bu qərar qəbul edilən zaman Azərbaycanın ərəb turistlər üçün populyar turistik istiqamətlərdən biri olacağını bilirdim. Qarşımıza ərəb ölkələrinin vətəndaşları üçün Azərbaycanın gözəl istiqamət olmasını təşviq etmək vəzifəsi qoyulmuşdu. 

Bu işlə məmnuniyyətlə və Azərbaycan rəhbərliyinin dəstəyi ilə məşğul olduq və görürük ki, istəyimizə nail ola bilmişik”, - deyə o bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri