29 
Avq
2016
21:33
199
49
4168
Virtual karabakh

“Arabian Gazette”: Azərbaycan regionun sabit ölkəsidir

29 Avq, 2016
21:33
4168

“Arabian Gazette”: Azərbaycan regionun sabit ölkəsidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliyinin “Arabian Gazette” mətbu orqanında “Azərbaycan: Fars körfəzi ölkələrinin vətəndaşları üçün yeni sevimli istiqamət” sərlövhəli məqalə dərc olunub. 

Oxu.Az bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Məqalədə Azərbaycanda yeni turizm obyektləri və infrastrukturun yaradılması nəticəsində ölkəyə səfər edən turistlərin sayı getdikcə çoxaldığı və bu ilin yanvar-iyun ayları ərzində təkcə ərəb ölkələrindən gələn turistlərin sayı 30 dəfəyədək artdığı göstərilir.

Qeyd olunur ki, Azərbaycan regionun sabit ölkəsi olduğu üçün, müxtəlif ölkələr, o cümlədən ərəb ölkələrindən turistlər buraya səfər etməyə üstünlük verir. Bununla yanaşı, mətbəxi, insanların qonaqpərvərliyi, ümumi mədəni və dini oxşarlığa görə də ərəblər Azərbaycana üz tutur.

Bildirilir ki, bu il Fars körfəzi ölkələrindən xeyli sayda turist istirahət üçün məhz Azərbaycanı seçib. Yazıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə istinadən qeyd olunur ki, yanvar-iyun ayları ərzində ölkəmizə səyahət edən turistlərin sayı 30 dəfəyədək artıb. 

Prezident İlham Əliyevin strateji qərarından, yəni Fars körfəzi ölkələri vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasından sonra Azərbaycana bu regiondan səyahət edən turistlərin sayında dəyişiklik olub. Turistlər ölkəmizin gözəl iqlimi, havası, mədəniyyəti, mətbəxi, təbiəti və abidələrini tanıtmağa başlayıb.

Azərbaycanda yeni turizm obyektləri və infrastrukturun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, turistlər paytaxt Bakı ilə yanaşı, Qəbələ, Quba, Naftalan və İsmayıllı daxil olmaqla, bütün rayonlara səfər edirlər.

Mədəniyyət və Turizm Nazirliyi yanvar-iyun aylarındakı göstəricilərinə əsasən, avqust-dekabr aylarına olan perspektivi müsbət qiymətləndirir. Nazirliyin proqnozuna əsasən, ilin sonunadək Azərbaycana körfəz ölkələrindən daha 30 min turist səfər edəcək. Gələcəkdə turistlərin işgüzar turizm, tibbi, macəra turizmi sahələrinə də maraq göstərəcəyi gözlənilir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri