17 
Dek
2016
17:14
67
110
2838
Virtual karabakh

Azərbaycanda Milli Turizm Təbliğat Bürosu yaradılacaq

17 Dek, 2016
17:14
2838

Azərbaycanda Milli Turizm Təbliğat Bürosu yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə Milli Turizm Təbliğat Bürosunun yaradılması nəzərdən keçiriləcək.

Oxu.Az bu barədə Reporta istinadən xəbər verir. 

“Bu tədbir nəticəsində gözlənilən səmərəlilik əldə edilərsə, bu təcrübə Azərbaycanın digər turizm regionlarına da şamil ediləcək. Büro tərəfindən Bakı şəhərinin brend strategiyası ilə bağlı təkliflər hazırlanaraq təqdim ediləcək. 2017–2020-ci illər üzrə Büronun bu strategiyada nəzərdə tutulmuş fəaliyyətlərini özündə əks etdirən fəaliyyət planı hazırlanacaq”. 

Büronun büdcəsinin müəyyən bir qismi ilk dövrlərdə dövlət büdcəsi hesabına, digər hissəsi isə dövlət-özəl tərəfdaşlığı qurulduqdan sonra nizamnaməsində müəyyən edilmiş müxtəlif maliyyələşmə mənbələri hesabına təmin ediləcək.

Büro Bakı şəhərinin brendini formalaşdıracaq və onun beynəlxalq səviyyədə təbliği üzrə tədbirlər görəcək, eyni zamanda müəyyən edilmiş monitorinq metodologiyasına müvafiq olaraq təyin edilmiş müxtəlif indikatorlar əsasında müşahidələr həyata keçirməklə brendin təşviqi işlərinə nəzarət edəcək. Monitorinq sisteminin bir hissəsi kimi, Büro dəqiq məlumatların toplanmasını, etibarlı turizm statistikasının hazırlanmasını və turizm reyestrinin səmərəli fəaliyyətini təmin edəcək. 

Büronun təsis edilməsi, onun fəaliyyətinin koordinasiyası, icra və nəzarət mexanizminin tətbiqi Bakı şəhəri ilə əlaqədar bütün tədbirlərin həyata keçirilməsi üçün əsas hərəkətverici mexanizm olacaq. Bu prioritetin tətbiqi nəticəsində 2020-ci ildə real ÜDM-in 5 mln. manat birbaşa və 5 mln. manat dolayı olmaqla, ümumilikdə 10 mln. manat artacağı proqnozlaşdırılır.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri