22 
Dek
2016
15:17
9
66
1622
Virtual karabakh

Əcnəbi dayələrə viza verilməsində – YENİLİK

22 Dek, 2016
15:17
1622

Əcnəbi dayələrə viza verilməsində – YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricdən Azərbaycana gələn ailələrin dayə-qulluqçuları üçün sadələşdirilmiş viza prosesi tətbiq oluna bilər.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair “Strateji Yol Xəritəsi”ndə bildirilir.

Sənəddə qeyd olunur ki, Azərbaycana dayə-qulluqçuları ilə birgə səyahət edən ailələr (əsasən Yaxın Şərq ölkələrindən) üçün qeyri-millətlərdən olan həmin dayə-qulluqçulara tətbiq edilən viza proseslərinin sadələşdirilməsi imkanı nəzərdən keçiriləcək.

Bununla əlaqədar olaraq, əgər həmin şəxslərin işlədikləri ölkədə müvafiq iş icazəsi varsa, Azərbaycanda həmin işçilər üçün hava limanında viza verilməsi məsələsinə baxılacaq. Təhlillər nəticəsində əldə olunan tövsiyələrə uyğun olaraq, müvafiq dövlət orqanları ölkələrə aid zəruri dəyişiklikləri tətbiq edəcək. 

Nəticələr Xarici İşlər Nazirliyinin internet səhifəsi, qəzetlər və digər kanallar vasitəsilə dərc olunacaq, rəsmi kütləvi informasiya vasitələrində aidiyyəti ölkələrə çatdırılacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri