28 
Dek
2016
15:34
30
76
2587
Virtual karabakh

“Turizmin təbliğatında gənclərin rolu” elmi-praktik konfrans keçirilib – FOTO

28 Dek, 2016
15:34
2587

“Turizmin təbliğatında gənclərin rolu” elmi-praktik konfrans keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və layihə rəhbəri Nərminə Vahabovanın təşkilatçılığı ilə “Turizmin təbliğatında gənclərin rolu” elmi-praktik konfrans keçirilib. 

Oxu.Az xəbər verir ki, neft kapitalının insan kapitalına çevrilməsi, qeyri-neft sektorunun inkişafı, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuş prioritetlərdəndir. Qeyri-neft sektorunun sütunlarından sayılan turizmin inkişaf etdirilməsində gənclərin töhfələri mühüm əhəmiyyətə malikdir. Turizmin təbliğ edilməsi, gənclərin turizmə aid müzakirələrin aparılması, sahəyə marağın artırılması, təkliflərin irəli sürülməsi, turizm elminin inkişafını təmin etməklə sahəvi elmi araşdırmalara marağın artırılması, təbliğat strategiyasının genişləndirilməsi konfransın əsas istiqamətlərini müəyyən edib.

Layihə çərçivəsində turizmin təbliği, təbliğat strategiyaları, PR, biznesin təşkili və idarə olunması incəlikləri, turizmin problemləri və inkişaf perspektivləri və s. mövzularda müzakirələr aparılıb.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) kafedra müdiri Novruz Quliyev, MEMM-in sektor müdiri Cavid Quliyev, ekspertlər Tural Səlifov, h.e.n. Vüsal Quluzadə turizm sahəsinin digər mütəxəsisləri, gənclər mühazirələrlə çıxış edib, müzakirələr aparıblar və sahənin inkişafına dair təkliflər paketi formalaşdırılıb. Azərbaycan və rus dillərində təşkil olunmuş konfrans gənclərin fikirlərinin öyrənilməsinə şərait yaradıb.

Layihə çərçivəsində “Turizmin təbliğatında gənclərin rolu” adlı sorğu ATMU-nun tələbələri arasında keçirilib. Sorğunun keçirilməsi gənclərin turizmin inkişafında rolunun artırılması məqsədi ilə həyata keçirilib. Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif ediliblər. 

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri