28 
Dek
2016
17:44
146
76
1499
Virtual karabakh

Azərbaycan və İsrailin aviasiya nümayəndələri danışıqlar aparıblar

28 Dek, 2016
17:44
1499

Azərbaycan və İsrailin aviasiya nümayəndələri danışıqlar aparıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail tərəfinin təklifi ilə 2016-cı il dekabrın 26-27-də Təl-Əvivdə Azərbaycan Respublikasının və İsrail Dövlətinin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

Oxu.Az-a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından verilən məlumata görə, danışıqlar zamanı tərəflər “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” layihəsini razılaşdırıb.

İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri, həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmiş və hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri