29 
Dek
2016
14:07
81
42
3726
yuxarı
Azərbaycanın üç rayonunda yeni mərkəz yaradılıb
29 Dek, 2016
14:07
3726
81
42
Azərbaycanın üç rayonunda yeni mərkəz yaradılıb
Azərbaycanda Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzləri yaradılıb.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilib.
Qərara əsasən, Mədəniyyət və Turizm Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Mədəniyyət və Turizm Nazirliyi Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirəcək.
U.A.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək