29 
Dek
2016
17:22
42
90
1694
Virtual karabakh

Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur

29 Dek, 2016
17:22
1694

Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə mülki aviasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə səlahiyyətli orqan - Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. 

Azərbaycan Respublikası Prezidentinin daimi diqqəti nəticəsində ötən 10 il ərzində bu sahədə nəzarət sistemi formalaşdırılmış və Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini, həmçinin uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və aeronaviqasiya sahələrini tənzimləyən əsas sənədlər hazırlanıb.

Çox qısa zaman kəsiyində Administrasiya ölkəmizdə mülki aviasiyanın inkişafına böyük töhfə verib. Onlarla beynəlxalq təşkilat və dövlət qurumları ilə danışıqlar aparılmış, bunun sayəsində yeni sərnişin və yük marşrutlarının açılması ilə bağlı razılaşmalar əldə olunub. 

2006-2016-cı illərdə 14 ölkə ilə Hava əlaqəsi haqqında sazişlər imzalanmağa hazırlanıb və  Azərbaycan Respublikası Hökuməti səviyyəsində imzalanıb. 20 ölkənin aviasiya administrasiyaları ilə isə belə sazişlərin mətnləri razılaşdırılıb.

Azərbaycan Mülki Aviasiya Administrasiyası mülki aviasiyanın inkişafı, yeni aviadaşıyıcıların cəlb olunması və yeni beynəlxalq istiqamətlərin açılması məsələsində bundan sonra da səylə çalışacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri