30 
Dek
2016
13:35
14
10
1331
Virtual karabakh

2017-ci ilin səyahət xəritəsi

Böyük Britaniyanın “İndependent” qəzeti 2017-ci ilin səyahət xəritəsini dərc edib.

Oxu.Az Sey-yah.com-a istinadla xəbər verir ki, xəritədə aylara görə, hansı ölkələrə səyahət etmək əksini tapıb.

Qəzet yanvarda Çiliyə, fevralda gözəl çimərliklərinə görə Kipr Respublikasına, martda Qanaya, apreldə isə Pasxa bayramını keçirmək üçün ABŞ-ın Nyu-Orlean şəhərinə getməyi məsləhət görür.

May üçün ən ideal ölkə Perudur.

İyunda Estoniyada “Köhnə şəhər günləri” festivalında iştirak etmək, iyulda Kanada, avqustda isə ABŞ-da Sakit okean sahillərindəki şəhərləri ziyarət etmək məsləhətdir.

Sentyabrda Danimarkanın ikinci ən böyük şəhəri Orhus, oktyabrda Çinin Sian şəhəri, noyabrda Yeni Zellandiya ən gözəl səyahət marşrutu hesab olunur.

2017-ci ilin son ayı üçün isə Amsterdam (Hollandiya – red.) küçələrində gəzmək ən ideal səyahət sayılır.

A.S.
www.oxu.az

Digər Turizm xəbərləri