30 
Dek
2016
16:48
18
110
3182
Virtual karabakh

Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib

30 Dek, 2016
16:48
3182

Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilmiş İnkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı kollektivə təqdim edib.

Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Azərbaycan Dövlət Universitetini bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyib. Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuş İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri