Yan
2017
15:03
114
223
2593
Virtual karabakh

Azərbaycanlı turistlər Gürcüstana səfər edənlər arasında birinci yerdədirlər

4 Yan, 2017
15:03
2593

Azərbaycanlı turistlər Gürcüstana səfər edənlər arasında birinci yerdədirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Gürcüstana 1 523 075 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir.

Gürcüstanın Milli Turizm Administrasiyasından “Report”un Gürcüstan bürosuna bildiriblər ki, 2010-cu ildə bu ölkəyə cəmi 497969 min Azərbaycan vətəndaşı səfər edib. 2011-ci ildə bu rəqəm 714418 ( artım 30 faiz), 2012-ci ildə 931933 (15 faiz artım), 2013-cü ildə 1075857 (19 faiz artım), 2014-cü ildə 1283214 (9 artım), 2015-ci ildə isə 1393257 (9 faiz artım) təşkil edib.

Keçən il Azərbaycandan bu ölkəyə gələn turistlərin sayı 2015-ci il ilə müqayisədə 129818 nəfər və yaxud da 9,3 faiz çoxdur.

Ümumilikdə isə 2016-cı ildə Gürcüstana 6 milyon 350 min 625 nəfər xarici ölkə vətəndaşı səfər edib.

Gürcüstana gələn xaricilər sırasında ermənilər ikinci, Türkiyə vətəndaşları üçüncü, rusiyalılar isə dördüncü yerdədirlər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri