Yan
2017
12:37
26
155
3557
Virtual karabakh

İstanbul hava limanlarında 400-ə yaxın reys ləğv edildi – YENİLƏNİB

9 Yan, 2017
12:37
3557

İstanbul hava limanlarında 400-ə yaxın reys ləğv edildi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə davam edən kəskin hava şəraiti Bakı-İstanbul reyslərinə təsir göstərməyib. 

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından məlumat verilib.

Bundan əlavə, hava limanında digər istiqamətlərdə də uçuşların təxirə salınması planlaşdırılmır.

Qeyd edək ki, bu gün “Türk Hava Yolları” aviaşirkəti İstanbulun hava limanlarında 378 ölkədaxili və beynəlxalq reysi təxirə salıb.

11:55

Türkiyənin “Turkish Airlines” milli aviadaşıyıcısı İstanbulda güclü qar yağması ilə əlaqədar bazar ertəsi  Atatürk və Sabiha Gökçen hava limanlarında 378 daxili və beynəlxalq reysin ləğv olunduğunu bəyan edib.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

İstanbulda üçüncü gündür ki, qar yağır, şənbə və bazar günlərində şəhər aeroportlarında 1100-ə yaxın reys ləğv edilib. 

Meqapolisdə nəqliyyatın hərəkəti çətinləşib, yolların donması çoxsaylı qəzalara səbəb olub. Bosfor körfəzi gəmilər üçün bağlanıb. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri