10 
Yan
2017
16:40
36
70
2300
Virtual karabakh

“ASAN Viza” portalı tam istifadəyə verildi

10 Yan, 2017
16:40
2300

“ASAN Viza” portalı tam istifadəyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ASAN Viza” portalı (www.evisa.gov.az) yanvarın 10-da test rejimindən çıxaraq tam istifadəyə verilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Bu günə kimi “ASAN Viza” portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.

Xatırladaq ki, ötən ilin dekabrın 16-da “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri