18 
Yan
2017
11:04
7
88
1722
Virtual karabakh

Əcnəbilərin “ASAN Viza” sistemindən istifadəetmə qaydası müəyyənləşdi

18 Yan, 2017
11:04
1722

Əcnəbilərin “ASAN Viza” sistemindən istifadəetmə qaydası müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, dəyişikliklə bağlı sənədi baş nazir Artur Rasizadə imzalayıb.

Qaydaya əsasən, “Viza” altsistemi - altsistem vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi üçün, habelə elektron viza verilməsi ilə əlaqədar İAMAS-la (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) aşağıdakı işlər həyata keçirilir:

Viza alan əcnəbinin qanunvericilikdə nəzərdə tutulmuş məlumatları elektron formada İAMAS-ın “Əcnəbilər” informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir.

Daxil edilmiş məlumatlar əsasında Xarici İşlər Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində və Xarici Kəşfiyyat Xidmətində müvafiq yoxlamalar həyata keçirilir. Yoxlamaların nəticəsindən asılı olaraq əcnəbilərə müvafiq vizalar verilir.

Dəyişikliyə əsasən, İAMAS-la elektron viza verilməsi prosesində isə “ASAN Viza” sistemindən təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar real vaxt rejimində Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndəriləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri