21 
Yan
2017
20:45
58
293
7412
Virtual karabakh

Türkiyənin bir sıra hotelləri müştərisiz qalıb

21 Yan, 2017
20:45
7412

Türkiyənin bir sıra hotelləri müştərisiz qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı il Türkiyə hotelləri üçün tarixdə ən uğursuz il kimi yadda qalacaq. 

Oxu.Az Seyyah.az-a istinadən xəbər verir ki, qonşu ölkənin məşhur kurortları və turizm mərkəzləri sayılan Antalya, Bodrum və İstanbul hotellərinin rəsmiləri ötən il böyük itkilərlə üzləşdiklərini bildiriblər. 

Antalya bələdiyyəsinin məlumatına görə, 2016-cı ildə Antalyaya gələn turistlərin sayı 2004-cı il səviyyəsinə düşüb. Ötən il Antalyaya 6 milyon turist gəlib ki, bu da 2015-ci illə müqayisədə 43% azdır. 

Belə ki, ötən il Antaliyaya cəmi 500 min rusiyalı turist gəlib ki, bu da 2015-ci ilə nisbətən yeddi dəfə azdır. Türkiyənin daha bir məşhur kurortu – Bodrum da ağır günlərini yaşayır. Ötən il buraya 453 min turist gəlib. Halbuki, 2015-ci ildə bu rəqəm 797 min nəfər idi. 

Ötən il Bodruma cəmi 4 min rusiyalı turist gedib ki, bu da əvvəlki ildən 10 dəfə azdır. Turistlərin sayı ilə bağlı ən narahatedici vəziyyət İstanbuldadır. Son 16-ildə ilk dəfə olaraq şəhərə gələn turistlərin sayında azalma müşahidə olunub. 2016-ci ildə İstanbula 9,2 milyon turist gəlib ki, bu da əvvəlkinə nisbətən 26% azdır.

Ötən il İstanbula gələn amerikalı turistlənin sayı 43,2%, rusiyalı turistlərin sayı isə 39,2% azalıb.

Qeyd edək ki, bu itkilərə Türkiyədə təhlükəsizliklə bağlı problemlərin yaranması və Rusiya-Türkiyə münasibətlərindəki böhran səbəb olub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri