13 
Fev
2017
22:50
79
18
2954
Virtual karabakh

Azərbaycana elektron viza üçün daha çox müraciət edən ölkələr

13 Fev, 2017
22:50
2954

Azərbaycana elektron viza üçün daha çox müraciət edən ölkələr

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yeni fəaliyyətə başlayan “ASAN Viza” portalı vasitəsi ilə indiyədək 200-dək əcnəbiyə elektron viza verilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, 16 dekabr 2016-cı il tarixində təqdimatı keçirilən “ASAN Viza” portalı bu il yanvarın 10-dan tam istifadəyə verilib.

Ötən ilin dekabrın 16-dan bu günədək viza almaq üçün portala 8500-ə yaxın müraciət daxil olub. Onlardan 200-ə yaxınına elektron viza verilib. Elektron viza almaq üçün daha çox müraciət edənlərin ilk beşliyinə İran, Almaniya, ABŞ, Böyük Britaniya, Hindistan və İsrail vətəndaşları daxildir.

A.Hüseynov bildirib ki, əcnəbilərə verilən elektron vizalar ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli vizalardır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri