15 
Fev
2017
17:01
259
29
2936
Virtual karabakh

Dubaydan Qəbələyə birbaşa aviareys açılır

15 Fev, 2017
17:01
2936

Dubaydan Qəbələyə birbaşa aviareys açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“FlyDubai” Dubay-Qəbələ birbaşa aviareysi üzrə mövsümi uçuşlar yerinə yetirməyə hazırlaşır. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, aviareyslər cari ilin iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək.

Şirkət Dubaydan Qəbələyə birbaşa uçuşlar həyata keçirəcək ilk şirkət olacaq. Aviareyslər həftədə 2 dəfə (cümə axşamı və şənbə) yerinə yetiriləcək.

“Biz viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Bunun hesabına ölkələrimiz arasında səyahət daha əlçatan olacaq”, - deyə aviaşirkətin baş icraçı direktoru Qeyt əl-Qeyt bildirib.

Şirkətin BƏƏ, Yaxın Şərq, MDB və Avropada kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi isə bildirib ki, Dubay-Qəbələ aviareysinə tələbatın yüksək olması gözlənilir. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri