15 
Fev
2017
17:55
232
14
3811
yuxarı
Gürcüstandan Londona aşağıbüdcəli aviareyslər həyata keçiriləcək
15 Fev, 2017
17:55
3811
232
14
Gürcüstandan Londona aşağıbüdcəli aviareyslər həyata keçiriləcək
İyunun 18-dən “WizzAir” aviaşirkəti Kutaisi-London-Kutaisi marşrutu ilə mütəmadi reyslər həyata keçirəcək.
Oxu.Az newsgeorgia.ge saytı məlumat yayıb.
Qeyd olunub ki, biletlərin qiyməti 105,99 lari və ya 34,99 funtdur (təxminən 80 manat).
Aviareyslər Kutaisinin beynəlxalq aeroportundan Londonun Luton aeroportuna həftədə iki dəfə olmaqla çümə axşamı və bazar günü “Airbus A320” və “A321” təyyarələri ilə həyata keçiriləcək.
“Aşağıbüdcəli aviareyslər Gürcüstan və Böyük Britaniya arasında işgüzar və ticarət əlaqələrinin dərinləşməsinə vasitəçilik edəcək, eləcə də həm turistlər, həm də iş adamları üçün gözəl imkan yaradacaq” - Gürcüstan İqtisadiyyat Nazirliyindən bildirilib.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Turizm xəbərləri
24 
Apr
2024
02:00
Turizm sahəsində geniş potensiala malik olan Hadrutdan yeni görüntülər - VİDEO
150
10
2860
21 
Apr
2024
09:00
Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA + VİDEO
15
158
1644