Xaricdəki məşhur Azərbaycan restoranları – FOTO
Xaricdəki məşhur Azərbaycan restoranları – FOTO
Xaricdəki məşhur Azərbaycan restoranları haqda kiçik araşdırma edilib.
Oxu.Az turizm.fins.az-a istinadla təqdim edir.
Çexiyanın paytaxtı Praqada yerləşən “Baku” restoranı artıq xeyli müddətdir fəaliyyət göstərir. Getmək istəyənlər üçün ünvan: Kralodvorska 1086/14, Praqa 1.
Növbəti məşhur Azərbaycan restoranı isə Polşanın paytaxtı Varşava yaxınlığında yerləşir. “HAZAR” adını daşıyan restoran yenicə fəaliyyətə başlayıb. Ünvan: Al.Niepodleglosci 16.
Polşada daha bir restoran Krakov şəhərində fəaliyyət göstərir. “Kaspijski Restobar” adını daşıyan restoran ləziz Azərbaycan mətbəxini təqdim edir. Fərqli ad daşıyan bu restoran yenicə fəaliyyətə başlayıb. Ünvan: Dietla 46, Krakov.
Növbəti məşhur Azərbaycan restoranı isə ABŞ-da yerləşir. “Baku Palace” adını daşıyan restoran təkcə pərakəndə müştəri qəbul etmir, burada həmçinin toy məclislərini keçirtmək üçün lazımi imkan var. Ünvan: Emmons Ave, Brooklyn, NY 11235.
Azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən olan Moskvada saysız-hesabsız Azərbaycan restoranı var. Bunlardan ən məşhuru isə sözün əsl mənasında elə “Азербайджан Ресторан”dır. Restoranın səkkiz zalı var: Bakı, Gəncə, Şəmkir, Quba, Muğam və s. Restorandan daha çox saraya bənzəyən bu məkan Moskvada kifayət qədər məşhurdur. Ünvan: Moskva, Demyana Bednoqo küç.
Növbəti Bakı restoranı Ukraynanın paytaxtı Kiyevdə yerləşir. Azərbaycan şərabları və yeməkləri ilə məşhur olan “Baku” restoranına getmək istəyənlər üçün ünvan: Kiyev, Qorkoqo küç.,88.
İstanbulda qısa zaman ərzində tanınmış “Quzu” restoranı ən məşhur Azərbaycan restoranı hesab edilir. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, bu restoranın açılması üçün 3 milyon vəsait yatırılıb. Ünvan: Nuspetiye 15, İstanbul.
A.S.
www.oxu.az