25 
Fev
2017
09:50
31
89
2201
Virtual karabakh

Azərbaycan bu ölkə ilə mülki aviasiya sahəsində saziş imzaladı

25 Fev, 2017
09:50
2201

Azərbaycan bu ölkə ilə mülki aviasiya sahəsində saziş imzaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 24-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov Cibutinin Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə tərəflər Azərbaycan və Cibuti arasında ikitərəfli əlaqələri, həmçinin ölkələrimiz arasında ticarət əlaqələrinin perspektivlərini müzakirə edilib.

Oxu.Az-a Azərbaycan Hava Yollarından (AZAL) verilən məlumata görə, görüşün yekunlarına əsasən, Cahangir ƏsgərovMahmud Əli Yusuf mülki aviasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası saziş imzalanıb.

İmzalanmış saziş iki ölkə arasında müntəzəm sərnişin və yük daşımalarını həyata keçirməyə imkan verəcək ki, bu da öz növbəsində beynəlxalq münasibətlərin iqtisadi və mədəni inkişafına kömək edəcək.

Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına martın sonu - aprelin əvvəlində başlamaq planlaşdırılır.

C.Əsgərov qeyd edib ki, bundan öncə Cibuti Prezidenti İsmail Ömər Qelle ilə görüşdə əldə olunmuş razılaşmaya əsasən, ilk reyslə Azərbaycan istehsalçılarının “Made in Azerbaijan” brendi altında 30 tona qədər məhsulları göndəriləcək. 

Azərbaycan məhsullarının yeni bazarda təqdimatı ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin başlaması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.  

U.A.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri