28 
Fev
2017
10:12
98
20
3544
Virtual karabakh

Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər

28 Fev, 2017
10:12
3544

Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Uralskie avialinii” aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin həyata keçirilməsi üçün icazə əldə edib.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, icazə daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın səsverməsindən sonra verilib.

Məlumata görə, şirkət həftədə üç dəfə Sankt-Peterburq-Bakı uçuşlarını həyata keçirəcək.

Qeyd edək ki, hazırda bu reys üzrə uçuşları “Rossiya” aviaşirkəti həftədə 7 dəfə həyata keçirir. Bununla da yay uçuşları cədvəlinə uyğun olaraq, Sankt-Peterburq-Bakı reysləri həftədə 10 dəfə baş tuta bilər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri