Mar
2017
16:09
51
11
1261
Virtual karabakh

Assosiasiya rəhbəri: Hotellərin təsnifatlaşdırılması işi ləng gedir

6 Mar, 2017
16:09
1261

Assosiasiya rəhbəri: Hotellərin təsnifatlaşdırılması işi ləng gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mehmanxanaların təsnif edilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir və könüllü xarakter daşıyır.

Nazirliyin internet səhifəsinə istinadən ölkə ərazisində fəaliyyət göstərən 550-dən artıq mehmanxana və mehmanxana tipli obyektlərin cəmi 121-i təsnif edilmiş və ulduz dərəcəsi almışdır. Bu da ümumi saydan 22% təşkil edir. 

Bu məlumat ötən ildən yenilənməyib. Həqiqətdə 127 obyekt təsnifat sisteminə qoşulub. Gördüyümüz kimi, fərq bir o qədər də çox deyil. Əminik ki, bu məlumat nazirlik tərəfindən yaxın günlərdə yenilənəcək”.

Oxu.Az xəbər verir ki, bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin mehmanxanaların təsnifatı adlı məqaləsində qeyd edilib. 

“Assosiasiyanın 2016-ci ilin sonuna qonaqpərvərlik və turizm bazarında apardığı monitorinqlər nəticəsində əldə etdiyi məlumata istinadən deyə bilərik ki, təsnif edilmiş mehmanxanaların 26-sı 5 ulduzlu, 66-sı 4 ulduzlu, 26-sı 3 ulduzlu, 2-si 2 ulduzlu və 1 mehmanxana 5+ ulduzludur. 1 ulduz kateqoriyasında isə təsnif edilmiş mehmanxanamız yoxdur.

Gördüyümüz kimi, mehmanxanaların yarısından çoxu 4 ulduz kateqoriyasına aiddir, təsnif edilmiş mehmanxanaların təxminən 22% 5 ulduzludur, eyni sayda 3 ulduzlu və cəmi 2% 2 ulduzlu mehmanxanalar təşkil edir.

Qeyd etmək zəruridir ki, bu heç də ürəkaçan mənzərə deyil. Çünki ölkədə fəaliyyət göstərən mehmanxanaların çox az faizi təsnif edilib. 

Hesab edirik ki, bu sahədə geniş təşviqat və təbliğat işi aparılmalıdır. Təsnifat sisteminə qoşulmaq və ulduz dərəcəsinin alınması könüllü olduğundan bu iş ləng gedir”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri