Mar
2017
22:40
155
43
5035
Virtual karabakh

Samir Dübəndi: Mənzillər hotellərə ciddi zərbə vurur

6 Mar, 2017
22:40
5035

Samir Dübəndi: Mənzillər hotellərə ciddi zərbə vurur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son bir neçə il ərzində ölkəyə səfər edən turistlərin sayının artması, ekonom seqmentdə fəaliyyət göstərən mehmanxanaların isə ümumi nömrə fondunun çatışmazlığı, xüsusən də Bakı şəhərində mənzil fondunun aktivləşməsinə gətirib. 

Yəni turistlərə müxtəlif mənzillərin apartamentlər kimi, bəzilərinin isə hostel adı daşıyaraq təklifləri ortaya çıxıb.

Bu fakt həm mehmanxanalara ciddi zərbə vurur və eyni zamanda turizm bazarında keyfiyyətsiz və turistlərin təhlükəsini şübhə altına salan xidmətlərin təklif edilməsi kimi qiymətləndirilir”.

Oxu.Az xəbər verir ki, bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin mehmanxanaların təsnifatı adlı məqaləsində qeyd edilib. 

“Digər tərəfdən mənzil sahibləri kütləvi şəkildə vergidən yayınırlar. Bunları tənzimləmək lazımdır, yerli mehmanxanaların maraqları qorunmalıdır. 

Əgər kimsə öz mənzilini turistlərə və yaxud ölkəyə səfər edən qonaqlara və eyniliklə yerli turistlərə, ezamiyyətdə olan şəxslərə icarəyə vermək istəyirsə, bu əmlak mütləq müvafiq standartlara cavab verməlidir. 

Baxmayaraq ki, standartda mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatında “Rezidens (apartment complex; residence) – studio tipli otaqlar və mənzillərdə yerləşmə xidmətini təmin edən yerləşdirmə vasitəsi” izahlı olaraq göstərilib, bu sahəyə nəzarət zəifdir. 

Təsnifat sistemində dəyişikliklərlə və yaxud digər normativ-hüquqi sənədlərlə bu məsələni qaydaya gətirmək olar”, - deyə S.Dübəndi məqaləsində qeyd edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri