Mar
2017
17:04
105
54
2877
Virtual karabakh

Azərbaycanda bayramla əlaqədar bütün hotellər bron olunub – VİDEO

6 Mar, 2017
17:04
2877

Azərbaycanda bayramla əlaqədar bütün hotellər bron olunub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda Novruz bayramı ilə əlaqədar olaraq, demək olar ki, bütün hotellərdə yerlər öncədən bron edilib. Viza rejiminin sadələşdirilməsinə və Novruza görə ən çox turistin İrandan gələcəyi gözlənilir.

Oxu.Az Xəzər Xəbər-ə istinadən məlumat verir ki, hotellərdə yer tapa bilməyən turistlər artıq fərdi yaşayış evlərini də kirayələyirlər. Turizmçilərin dediyinə görə, artıq əllərində olan bütün evlər də rezerv edilib. 

Azərbaycan Turizm Assosiasiyasından verilən məlumta görə, 3 ay əvvəlcədən artıq demək olar ki, hotellərdə yerlərin hamısı rezerv edilib. Boş yer olmadığına görə, fərdi evlərə üstünlük verənlər də artıb.

Daha çox İrandan və ərəb ölkələrindən gələn turistlər ev seçərkən mərkəzə yaxın yeni tikililərə üstünlük verirlər.

Qiymətə gəldikdə isə evlər yerləşdiyi məkana və otaq sayına görə dəyişir. Qiymətlər bir gün üçün minimum 50, maksimum 150 manatdır.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri