14 
Mar
2017
08:40
212
68
4540
Virtual karabakh

Bakıda hotellərin çoxu İran turistləri tərəfindən bronlaşdırılıb

14 Mar, 2017
08:40
4540

Bakıda hotellərin çoxu İran turistləri tərəfindən bronlaşdırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramında istirahət günləri üçün Bakıdakı otel yerləri daha çox xarici, regionlardakı hotellər isə yerli turistlər tərəfindən bron edilib.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Bakıda hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlaşdırılıb. Novruzda Azərbaycanda istirahət edəcək əcnəbilər arasında Rusiya, ərəb ölkələri vətəndaşları da var.

M.Ağakərimov bildirib ki, Novruzda 9 qeyri-iş günü olmasından istifadə edən Azərbaycan vətəndaşları daha çox regionlardakı otellərdə dincəlməyə üstünlük veriblər.

Onun sözlərinə görə, əsasən Şəki, Qəbələ, Qusar, Qubadakı hotellərdə yerlər bronlaşdırılıb.

Qeyd edək ki, bu il Novruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab ediləcək. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri