16 
Mar
2017
17:47
33
146
2019
Virtual karabakh

Azərbaycan turistlər üçün növbəti güzəşt edə bilər

16 Mar, 2017
17:47
2019

Azərbaycan turistlər üçün növbəti güzəşt edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müzakirə keçirmişik. 

Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər gedir: 

“Yaya qədər təkliflər formalaşacaq. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti və bizim nazirlik bu işə birbaşa qoşularaq yeni qanunvericilik hazırlayır. 

Turist anlayışı yalnız hava nəqliyyatı ilə məhdudlaşmır. Bizim qonşu ölkələrdən minlərlə turistlər gəlir. Onlar da bu çətinliklə qarşılaşırlar”. 
 
U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri