16 
Mar
2017
16:18
33
119
6161
Virtual karabakh

Azərbaycana gələn bu əcnəbilər ölkədən buraxılmayacaq

16 Mar, 2017
16:18
6161

Azərbaycana gələn bu əcnəbilər ölkədən buraxılmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əcnəbi vətəndaşların Azərbaycan ərazisinə müvəqqəti qaydada gətirdiyi nəqliyyat vasitəsi müəyyən olunmuş müddət ərzində geri qaytarılmalıdır. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) ölkəyə müvəqqəti qaydada nəqliyyat vasitəsi gətirənlərə etdiyi xəbərdarlıqda qeyd olunub.

DGK-nın açıqlamasına görə, gətirilən nəqliyyat vasitəsi olmadan Azərbaycanı tərk edən şəxs ölkədən buraxılmayacaq.

“Nəqliyyat vasitəsi geri qaytarılmadan ölkə ərazisini tərk etmək üçün o, Bakı Şəhəri üzrə Avtonəqliyyat Baş Gömrük İdarəsində, Bakı şəhərindən kənarda isə öz seçimi əsasında istənilən ərazi gömrük orqanında gömrük nəzarəti altında yerləşdirilməlidir.

Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsini geri qaytarmadan və ya gömrük nəzarəti altında yerləşdirmədən ölkə ərazisini tərk etmək istədikdə, həmin şəxslər sərhəddən buraxılmayacaqlar”, - deyə Komitədən bildirilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri