16 
Mar
2017
16:24
24
141
3555
Virtual karabakh

AZAL-dan Novruz bayramı ilə əlaqədar yeni aksiya

16 Mar, 2017
16:24
3555

AZAL-dan Novruz bayramı ilə əlaqədar yeni aksiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir. Milli bahar bayramı olan Novruz bayramı müddətində bir sıra istiqamətlərdə aviabiletlərə endirim tətbiq olunacaq.

Aksiya aşağıdakı istiqamətlərə şamil olunacaq (vergi və rüsumlar da daxil olmaqla aviabiletin tam qiyməti göstərilmişdir):

Bakı – Nyu-York – Bakı – 599 EUR    
Bakı – Milan – Bakı – 299 EUR
Bakı – Paris – Bakı – 299 EUR
Bakı – Praqa – Bakı – 299 EUR
Bakı – Berlin – Bakı – 299 EUR
Bakı – Dubay – Bakı – 199 EUR

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 16 – 31 mart 2017-ci il
Uçuş dövrü: 1 aprel – 6 may 2017-ci il

Endirimli aviabiletlərinin sayı məhduddur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər “AZAL Miles” bonus proqramından istifadə edə bilərlər. “AZAL Miles” bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az. Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər.

Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada “AZAL Miles” iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;
*8880
E-mail: [email protected]

“AZAL Miles” bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri