17 
Mar
2017
14:20
242
104
2811
Virtual karabakh

Bayramda İrandan turist axını gözlənilir

17 Mar, 2017
14:20
2811

Bayramda İrandan turist axını gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatı ətrafında müzakirələr aparılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sahibkarların icra orqanlarında süründürməçiliklə üzləşməsindən narazılığını bildirib və bunun orta-kiçik sahibkarlığa zərər vurduğunu söyləyib. 

O tələb edib ki, icra orqanları buna son qoysun. H.Rəcəbli icra orqanları ilə Milli Məclisin əməkdaşlığını yüksək qiymətləndirib. Komitə sədri turizm sahəsi ilə bağlı narahat olduğu məqamı da açıqlayıb: 

“Qarşıdan bayram gəlir. Məndə olan məlumata görə, bayram günlərində İrandan 500 avtobusla turistlər gələcək. İran tərəfində 8 saatlıq iş rejimi olduğundan, bu qədər turistin gəlməsi gömrükdə çətinlik yaradacaq. 

Nədənsə, Azərbaycan gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfinin sərhəd-keçid məntəqələrində bu qədər az iş vaxtı müəyyənləşib. 

Azərbaycan da məcburdur ki, bu vaxta əməl etsin. Belə halda, gəlin təsəvvür edək ki, bayram günlərində o keçid məntəqəsində hansı vəziyyət yaranacaq. 500 avtobusla gələn turistlər günlərlə orada qalacaq. 

Ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turistlər pis təəssüratla ayrılacaqlar. Ona görə də, Azərbaycan hökuməti qonşu dövlətin müvafiq qurumları ilə danışıqlar aparıb, tədbirlər görməlidir”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri