27 
Mar
2017
14:01
109
66
4723
Virtual karabakh

Büdcə Novruzda İrandan gələn turistlərdən qazana bildi?

27 Mar, 2017
14:01
4723

Büdcə Novruzda İrandan gələn turistlərdən qazana bildi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il Novruz bayramı günlərində Azərbaycana başqa ölkələrdən, xüsusilə İrandan gələn turistlərin sayı ötən ilki bayram günləri ilə müqayisədə çox olub”.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Novruzda Azərbaycanda istirahət edən əcnəbilər arasında Rusiya, ərəb ölkələri vətəndaşları olsa da, iranlı turistlər öz saylarına görə çoxluq təşkil ediblər. İrandan gələn turistlərin çoxu bu dəfə ölkədə 1 həftədən çox qalıblar:

“Bayram günləri üçün Bakıda hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlaşdırılmışdı. İrandan gələn aztəminatlı turistlər həm də ayrı-ayrı evlərdə qalıblar. Lakin bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir”.

M.Ağakərimov bildirib ki, Azərbaycanda aztəminatlı təbəqənin də dincələ bilməsi üçün 1 və 2 ulduzlu hotellərin və hostellərin tikilməsinə ehtiyac var.

AzTA rəsmisi əlavə edib ki, bayram günlərində Azərbaycana gələn qonaqlar yalnız Bakıda istirahət etməyiblər. Onların bəziləri regionlara, xüsusilə Quba, Qusar, Şəki və Qəbələyə səfər ediblər.

Qeyd edək ki, bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək istirahət edə biliblər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri