28 
Mar
2017
16:59
28
68
4851
Virtual karabakh

Bəzi ölkələr nə üçün viza verməkdən imtina edir? – ARAŞDIRMA

28 Mar, 2017
16:59
4851

Bəzi ölkələr nə üçün viza verməkdən imtina edir? – ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar viza verilməsindən imtina ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olur. 

Oxu.Az-ın məlumatına görə, bunu nəzərə alaraq Fins.az müxtəlif ölkələrin konsulluqlarının viza verməkdən imtina etməsinin səbəbləri və təkrar müraciətin vaxtı ilə bağlı araşdırma aparıb.

Asiya ölkələrinin viza imtinası

Turizm üzrə mütəxəssis Ülfanə Mahmudova Asiya ölkələrinin, demək olar ki, viza verilməsinə imtina etmədiklərini bildirdi. Onun sözlərinə görə, çox nadir hallarda yalnız Birləşmiş Ərəb Əmirliklərinə viza alarkən imtina oluna bilər.

Belə ki, yenidən Dubay şəhərinə üz tutmaq istəyənlər arasında bəxti gətirməyənlər də olub. 
Buna həmin şəxsin ilk səfərində orada qaydaları pozması səbəb olub. Məsələn, siz Dubaya səfər edirsiniz və səfərinizin müddəti 1 aydır. 

Lakin göstərilən müddətdən artıq qalmağa çalışırsınızsa, ikinci dəfə bu ölkəyə viza alarkən imtina ilə üzləşə bilərsiniz. Bundan başqa, əgər yaxın zamanlarda sizinlə eyni ad və ya soyad daşıyan şəxslər bu ölkədə hər hansı bir cinayət törədibsə, o zaman sizin viza almanız gecikə bilər və ya ümumiyyətlə verilməyəcək.  

Viza verilməsindən ən çox imtina edən ölkələr

Viza verməkdən daha çox imtina edən ölkələr sırasında ilk yerləri ABŞ, Böyük Britaniya və Macarıstan tutur. Əgər Macarıstana səfər etmək istəyirsinizsə, o zaman hotel bronu və gediş-gəliş aviabileti əvvəlcədən almalısınız.

Yəni, ancaq qayıdış biletinizin bron edilməsi bu ölkəyə viza almanıza əngəl törədə bilər. 
Bəzən vətəndaşlar viza aldıqdan sonra bron edilən hoteldən imtina edirlər, yəni hotel bronu ləğv edilir. 

Bu zaman da aldığınız vizanı itirə bilərsiniz. Hoteldən imtina vizanın ləğvi ilə nəticələnə bilər.  
ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrə səfər edərkən mütləq səyahət tarixçənizə nəzər yetiriləcək. 

Əgər siz bu günə kimi hər hansı bir Avropa ölkəsinə səfər etməmisinizsə və ilk səfərinizi ABŞ-a planşaldırmısınızsa, o zaman viza verilməməsi ehtimalı böyükdür. 

Həmçinin, Böyük Britaniyaya da viza alınarkən ciddi şəkildə səyahət tarixçəsinə nazarət edilir.

Səfirliklərin viza vermə müddətləri

Macarıstan – 15 gün ərzində
Latviya, Litva və Estoniya – 7 iş günü ərzində
Almaniya, Fransa, İtaliya – 3-5 iş günü ərzində
Birləşmiş Ərəb Əmirlikləri – 1-2 iş günü və ya 7 iş günü ərzində verilir.

Qeyd edək ki, BƏƏ-də cümə və şənbə günləri qeyri-iş günləri olduğundan bu günlərdə sənəd qəbul olunmur.

Böyük Britaniyaya 15 iş günü ərzində viza verilir. Lakin əlavə 150 pound ödəməklə bu ölkəyə vizanı 7 iş günü ərzində də əldə etmək mümkündür.

ABŞ-a viza verilməsinin müddəti isə səfirlik nümayəndəsi ilə görüşdən sonra, əgər viza veriləcəksə, 3 iş günü ərzində verilir. 

Qeyd edək ki, ABŞ-a viza almaq digər ölkələrlə müqayisədə daha çətindir. Buna səbəb ölkənin immiqrantların gəlişinin qarşısını almaq istəyidir.

Məlumat üçün bildirək ki, viza imtinası alındığı təqdirdə, yaxşı olar ki, 3-6 ay fasilədən sonra yenidən müraciət edəsiniz.

Lakin viza verilməsi qaydalarında hər hansı fasilə yoxdur. Amma bir ölkə imtina verdiyi təqdirdə, digər səfirliklər də viza verilməsindən imtina edirlər. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri