29 
Mar
2017
15:13
56
23
2302
Virtual karabakh

Nazirin müşavirindən “Tax Free” ilə əlaqədar vacib açıqlama

29 Mar, 2017
15:13
2302

Nazirin müşavirindən “Tax Free” ilə əlaqədar vacib açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tax Free” sistemində olduğu kimi, ticarət festivalları dövründə bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır”.

Oxu.Az xəbər verir ki, bunu Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

“Bura aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir. 

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması yalnız bir elektron vergi hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda təmin edilir”.

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması ilə “Tax Free” sisteminin fərqinə gəlincə, nazirin müşaviri qeyd edib ki, əsas fərq budur ki, ticarət festivallarında alıcıya fərq qoyulmur: 

“Yəni Bakıda təşkil olunacaq ticarət festivallarında ƏDV, əcnəbilərlə yanaşı, yerli vətəndaşlara da qaytarılacaq. “Tax Free” sistemində isə ƏDV-nin qaytarılması yalnız əcnəbi turistlərə şamil edilir. 

Daha bir fərq də budur ki, “Tax Free” sistemində 300 manatdan artıq alınmış mallar üzrə ƏDV-nin qaytarılması nəzərdə tutulurdusa, ticarət festivalları zamanı bu hədd daha aşağıdır - bir e-VHF üzrə alınan malların dəyəri ƏDV ilə birlikdə 100 manatdan çox olmalıdır. 

“Tax Free” sistemində alıcı malı ölkə ərazisindən çıxardıqdan sonra ən geci 90 gün ərzində ƏDV geri qaytarılır, ticarət festivallarında isə belə məhdudiyyət yoxdur - mal alındığı gün ərzində ƏDV geri qaytarılır. 

“Tax Free” sistemində malların yoxlanılması və ƏDV-nin qaytarılması gömrük sərhəd-buraxılış məntəqələrində, ticarət festivallarında isə bilavasitə ticarət məkanlarında yaradılan xüsusi köşklərdə həyata keçirilir. 

Ticarət festivalları dövründə festival iştirakçısı olan hər bir ticarət obyektindən mal almış istənilən şəxs ona lazım olan bir çox malları daha ucuz qiymətə əldə edə biləcək, bu isə öz növbəsində ticarət dövriyyəsinin artmasına səbəb olacaq”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri