30 
Mar
2017
18:42
112
13
1630
Virtual karabakh

Beynəlxalq uçuş qaydalarının pozulmasına görə cərimələr artırılır

30 Mar, 2017
18:42
1630

Beynəlxalq uçuş qaydalarının pozulmasına görə cərimələr artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda beynəlxalq uçuş qaydalarının pozulmasına görə tətbiq olunan cəzanın cəriməsi artırılır.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Cinayət Məcəlləsinə əsasən, hazırda müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma əməlinə görə 500 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.

Dəyişiklik layihəsində cərimənin miqdarının 2 min manatdan 4 min manatadək artırılması təklif edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri