Apr
2017
17:31
29
324
3701
Virtual karabakh

Hadi Rəcəbli bəzi turizm işçilərini tənqid edib

4 Apr, 2017
17:31
3701

Hadi Rəcəbli bəzi turizm işçilərini tənqid edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda turizm sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil. Lakin xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, əsas problem qiymətlərlə bağlıdır: “Üçulduzlu hotellərin sayının artırılmasına çalışırıq. Turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulub ki, bu da qiymətlərə təsir edəcək. 

Azərbaycan rayonlarında turizm qiymətləri elə də yüksək deyil. Əgər bir yerdə qiymətin yuxarı olduğu halda xidmət səviyyəsi aşağıdırsa, gələn dəfə həmin məkana getmirik. 

Harada yaxşı xidmət və aşağı qiymət olursa, insanlar daha çox ora üz tuturlar. Bütün bunlar onu göstərir ki, artıq turizm obyektlərinin qiymətləri də tədricən xidmətə görə tənzimlənəcək”.

H.Rəcəbli qeyd edib ki, bəzən turizm obyektlərində heç bir təcrübəsi olmayan şəxsləri işə götürürlər: “Ona görə də, həmin şəxs geyimini bilmir, yaxud saqqal saxlayır. 

Bütün bunları biz də görürük. Bu kimi problemlərin aradan qaldırılması üçün təcrübə və peşə məktəblərinə ehtiyac var. Bundan başqa, səyahət təşkil edən turizm şirkətlərinin səviyyəsi, işçilərinin geyimi, eləcə də danışıqları qanətbəxş deyil.

Ağızlarına saqqız alıb, insanlarla “əəə” deyə danışırlar. Bütün bunların aradan qaldırılması üçün həmin adamlara təlimlər keçib sertifikat verilməsi nəzərdə tutulur”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri