Apr
2017
10:23
297
14
23001
Virtual karabakh

Gürcüstandan Bakıya təyyarə taksilər işləyəcək

5 Apr, 2017
10:23
23001

Gürcüstandan Bakıya təyyarə taksilər işləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda məşhur olan “Adjara Group Hospitality” (Adjara qonaqpərvərlər qrupu) yeni “Aviator” aviataksilərin istismarına başlayıb. Yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.

Oxu.Az AZƏRTAC-a istinadən verdiyi məlumata görə, “Beechcraft king Air C90 GTx” taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Kompaniya gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.

Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klasslara cavab verən bütün tələblər yerinə yetiriləcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri