Apr
2017
16:03
160
47
3117
Virtual karabakh

Azərbaycanda hotellərin 80-85%-i dolub

5 Apr, 2017
16:03
3117

Azərbaycanda hotellərin 80-85%-i dolub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycana turistlər əsasən 26 ölkədən gəlir”.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Şöbə müdiri qeyd edib ki, bu ilin yanvar-fevral aylarında həmin ölkələrdən gələnlərin sayında artım müşahidə olunub: 

“Azərbaycana turist axını əsasən Körfəz ölkələri, İran, Rusiya və Avropa ölkələrindən gəlir. Ümumilikdə, turist axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxaracaq. 

Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub. Proqnoza görə, ölkəyə gələn turistlərin sayında böyük artım gözlənilir. Bakıda keçiriləcək İslam Həmrəyliyi, Şopinq Festivalı və digər tədbirlər turistlərin müəyyən qədər artmasına imkan yaradacaq”.

“Rusiya və ərəb ölkələrindən turist axını 10-15, digər ölkələrdən gələnlərin sayı isə 20-30 dəfə artıb. Ərəb ölkələrindən gələn turistlərə vizaların hava limanlarında verilməsi turizmin inkişafına böyük təkan verib”, - deyə A.İsmiyev vurğulayıb.
 
U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri