Apr
2017
09:20
57
57
2792
Virtual karabakh

Nazir ölkəyə gələn turistlərin sayını açıqladı

7 Apr, 2017
09:20
2792

Nazir ölkəyə gələn turistlərin sayını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son 3 ay müddətində ölkəmizə gələn xarici turistlərin sayı 557 min nəfərdən artıq olub”.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bunu Turizm Şurasının iclasında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, xarici turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrini əhatə edir. İlk onluqda isə birinci yeri Ukrayna, Qazaxıstan, İran, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər yer alır.

Turizm Şurası və Turizm Təbliğat Bürosunun fəaliyyətinə toxunan Əbülfəs Qarayev Novruz bayramı ərəfəsində həyata keçirilən layihələrdən də söz açıb. Belə layihələrin gələcəkdə paytaxtla yanaşı, digər regionlarda da həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir bildirib ki, bu istiqamətdə bütün müvafiq işlər həyata keçirilib. Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam etməkdədir.

Əbülfəs Qarayev ticarət festivalı günlərində ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsinin xarici turistlərin festivala marağını daha da artıracağını deyib.

Nazir ölkəyə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün ölkə başçısının 20 fevral tarixində imzaladığı “Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının əhəmiyyətini yüksək qiymətləndirib.

Bu sərəncama əsasən, turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan əlaqədar qurumlara işin gedişi ilə bağlı müvafiq tövsiyələr verilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri