7 
Apr
2017
20:53
15
187
7580
yuxarı
Bakıda yeni köşklər hansı məqsədlə quraşdırılıb?
7 Apr, 2017
20:53
7580
15
187
Bakıda yeni köşklər hansı məqsədlə quraşdırılıb?
Bakı Şopinq Festivalının keçiriləcəyi məkanların 6-da ƏDV köşkləri quraşdırılıb.
Oxu.Az AZƏRTAC-a xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O bildirib ki, Bakı Şopinq Festivalı üçün hazırlıq işləri tamamilə başa çatıb. ƏDV-nin qaytarılması ilə bağlı proqram təminatı da hazırlanıb və test rejimində sınaqdan keçirilib. Bu günə qədər 5 bank müəyyən edilib ki, onların 15 filialı ƏDV-nin qaytarılması prosesində bilavasitə iştirak edəcək.
S.Ələkbərov qeyd edib ki, aksizli mallar, avtomobil ehtiyat hissələri və bir sıra başqa məhsullar üzrə ƏDV qaytarılmayacaq və artıq 102 ticarət obyekti rəsmi qeydiyyatdan keçib.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək