11 
Apr
2017
15:00
115
56
5787
Virtual karabakh

Abşeron Hotel Qrupu “Bilgah Beach Hotel”in rəsmi açılışını elan edir

Abşeron Hotel Qrupu “Bilgah Beach Hotel”in rəsmi açılışını elan edir. 

Hotel Bilgəh qəsəbəsində şəfalı havası və illərdir onlarla tibbi və rekreasiya imkanlarına malik Xəzər dənizinin sahillərində yerləşir. 300 metr şəxsi çimərliyə malik olan “Bilgah Beach Hotel”i Bakının ilk dəbdəbəli çimərlik hotelidir.

Hotel özünün rahat yerləşməsi və avadanlıqları ilə əsl Azərbaycan qonaqpərvərliyini sizlərə təklif edir. Yerli və ya xarici qonaqların olmasından asılı olmayaraq, şəhərin səs-küyündən uzaqlaşmaq və sakitliklə qovuşmaq istəyənlər, ailəsi, dostları və iş yoldaşları ilə unudulmaz anlar yaşamaq istəyənlər və ya sadəcə Xəzər dənizinin romantik günbatımından həzz almaq istəyənlər üçün ideal özünübərpa mərkəzidir. 

Hotelin “lobby” hissəsi özünəməxsus dizayn elementləri ilə tərtib olunmuşdur: sarayları xatırladan işıqlandırma effektləri, minlərlə metal toplardan ibarət incəsənət nümunələri ilə bəzədilmiş divarlar və müxtəlif çeşidli materiallardan hazırlanmış modern dizayn nümunələri. 

“Lobby”nin mərkəzində 58 metr hündürlüyündə və 72.000 LED işıqlardan ibarət möhtəşəm çilçıraq yerləşir. “Lobby” ərazisində rahat oturacaqlar, bilyard otağı, pianino salonu və nadir incəsənət, tarix, fotoqraflıq, arxitektura, dizayn və başqa maraqlı mövzulardan toplanmış kitabları özündə cəmləşdirən yeganə kitabxana var. 

“Bilgah Beach Hotel”i qonaqlarına müasir interyerə malik, dəniz mənzərəli 176 lüks otaq və suitlər təklif edir. Otaq və apartamentlərdən əlavə hotelin ərazisində üç yataq otağı olan və hotelin ön tərəfində, sıx bağın içərisində yerləşən 14 ikimərtəbəli kotec var. Sahəsi 156 m2 olan hər bir kottecin şəxsi qarajı, ayrıca həyəti və yuxarı mərtəbədə geniş, açıq balkonu var. 

“Bilgah Beach Hotel”i çox böyük və zəngin mətbəxi ilə də fərqlənir.  

“Piano Lounge” – qeyri-rəsmi görüşlərinizin təşkili üçün əla məkandır. Axşam kokteyl saatları yerli əhali arasında bir araya gəlmək və pianino zümzümələrini dinləmək üçün çox məşhurdur. 

“Üzük Restaurant” – gün ərzində fəaliyyət göstərən restoran sizlərə interaktiv, müxtəlif mədəniyyətlərin mətbəxini təqdim edir. Restoranın açıq hovuzu və bağ mənzərəsi ilə xüsusi görünüş qatan verandası da sərinləmək üçün əla seçimdir. 

“Promenade Sunset Bar & Lounge” – Bakının ən gözəl yerlərindən birində yerləşməsi və dostlar üçün əsl görüş yeri seçimi və Xəzər dənizinin nəfəskəsən mənzərəsindən həzz almaq üçün xüsusi məkandır.  

“Waterpark Cafe” – qonaqların əksəriyyəti vaxtının əksəriyyətini burada keçirdiyinə görə, hotdog və dondurma stendləri və özünə xidmət stendlərində müxtəlif qida çeşidləri ilə xidmətinizdədir. 

“Equinox Night Club” - müasir kokteyllər, yerli DJ-lər, ən dəbli musiqi və zövqlü dizayn – bütün bunlar hamısı məşhur “Equinox” gecə klubunun xüsusi atmosferini yaradır.

“The Alley” - bizdə hər yaşdan olan qonaqlar üçün məşğuliyyət var. Böyüklər boulinq oynaya, növbənöv yemək və kokteyllərin dadına baxa bilər. Bu zaman balaca qonaqlar uşaq menyusundan zövq ala və ya oyun konsollarında oynaya bilərlər. 

“Spa & Wellness Center” - istirahət və sakitlik adası olan “Spa Bilgah Beach Hotel”in dəbdəbəsi və möhtəşəmliyi arasında həmahəng yer tutur. 500 m2 sahəsi olan “Spa” üz və bədənə qulluq üçün çoxsaylı proseduralar, “Bali” və “Tay” texnikalarını özündə birləşdirən unikal massaj, eləcə də ənənəvi türk hamamı təklif edir. 

7 prosedur otağı, 2 əlavə VİP otaq, isitmə sistemli termal şezlonqlarla təchiz olunmuş istirahət otaqları, türk hamamı, fin saunası, buxar otağı, eləcə də meditasiya üçün qeyri-adı dairəvi otaq qonaqların xidmətindədir. Meditasiya otağında rəng terapiyası və otağın mərkəzidəki su kompozisiyasının sakitləşdirici təsiri sayəsində tamamilə sakitləşmək mümkündür.  

Fitnes Mərkəzi – fitnes rəvan şəkildə “Spa” sahəsi ilə birləşir və aşağıdakı xidmətləri təklif edir: 

•    Müasir “Technogym” avadanlığı ilə təchiz olunmuş böyük trenajor zalı
•    Temperaturun tənzimləndiyi 20 metrlik qapalı hovuz
•    Şezlonqların düzüldüyü terras ilə əhatə olunmuş açıq hovuz  
•    Açıq tennis kortu 
•    Basketbol və voleybol meydançaları
•    Mini-futbol üçün meydança

“Waterpark” – “Bilgah Beach Hotel”dəki Akvapark regionun ən böyük su parkıdır. Burada qonaqları su təpələri, açıq hovuz, fontan və günəş vannalarının qəbulu üçün təchiz olunmuş yerlər gözləyir. Akvaparkda 11 müxtəlif su təpəsi, açıq su təpələri, eləcə də uşaqlar üçün oyun meydançaları, soyunub-geyinmə otağı, duş kabinlər və “Waterpark” kafesi var.   

Şəxsi Çimərlik – “Bilgah Beach” Bakıda lüks sinfinə aid ilk çimərlikdir. Bu məkan - təpəlikdə yerləşə hotel 300 metrlik özəl çimərliyi ilə fəxr edə bilər. Çimərliyə həm piyada, həm də xüsusi lift ilə düşmək olar. 

Yığıncaqlar, konfranslar və tədbirlər – “Bilgah Beach Hotel”də 1500 m2 ərazisi olan konfrans mərkəzi var. Mərkəzdə masaların banket üslubunda düzülüşü zamanı 450 nəfərlik, teatral düzülüşü zamanı 600 nəfərlik “Bilgah Ballroom” banket zalı, 500 nəfərədək qonağın rahatlıqla yerləşdiyi, geniş və çoxfunksiyalı “Mardakan Suite & Terrace”, eləcə də 15-170 nəfər iştirakçısı olan, işgüzar görüş və danışıqlar üçün iki zal var. Əla təchiz olunmuş konfrans mərkəzin yanında, hər biri 10-12 nəfərlik üç ayrıca iclas kabineti qonaqların xidmətindədir. 

Baş menecer Scott Mawhinneyin fikirləri: “Məmnuniyyətlə, “Bilgah Beach Hotel”ini açıq elan edirik. Bilgəh ərazisi azərbaycanlılar arasında öz təmiz havası və ən yaxşı çimərliklərinə görə çox məşhurdur. 

Biz öz xidmətlərimizi hər kəsə təqdim etməkdən zövq duyuruq. Siz burada ailəvi istirahətdən tutmuş, özünəməxsus fərqliliyi ilə seçilən restoranlarımızda müxtəlif mətbəxlərin dadına baxa bilər və unudulmaz SPA prosedurlarından həzz ala bilərsiniz. 

Qonaqlarımıza əyləncəli və maraqlı təcrübə yaşatmaq və onlarda davamlı xatirələr saxlamaq üçün biz burdayıq”.

“Absheron Hotel Group” haqqında:

“Absheron Hotel Group” Azərbaycanın ilk lüks hotel şirkəti olub tərkibində “Marriott Autograph” kolleksiyası üzvlüyünü əldə edən dünya standartları səviyyəsində idarə olunan Şahdağ dağlarında yerləşən “Pik Palace Hotel”i və “Park Chalet Hotel”i, Bakı şəhərinin mərkəzində yerləşən “Boulevard Hotel”i və “İnturist Hotel”i, “Bilgah Beach Hotel”i və tezliklə açılması planlaşdırılan “Dinamo Boutique Hotel”i cəmləşdirir.

Ətraflı:  www.absheronhotelgroup.com, www.marriot.com, www.autographcollection.com

E.Ə.
www.oxu.az

Digər Turizm xəbərləri